Tibbi bölmələrimiz

 

Məlhəm Beynəlxalq Hospitalın Uşaq Allergologiyası və İmmunologiyası şöbəsi uşaqlarda rast gəlinən allergik xəstəliklərin və immun sistemi pozğunluqlarının diaqnostikası, müalicəsi və uzunmüddətli izlənməsi üzrə ixtisaslaşmışdır. Şöbədə müasir tibbi protokollar və beynəlxalq standartlar əsasında fərdi yanaşma tətbiq edilir. Burada tənəffüs yolları, dəri və qida allergiyaları ilə yanaşı, immun sisteminin qiymətləndirilməsi və gücləndirilməsinə yönəlmiş kompleks xidmətlər göstərilir.

 

Şöbənin əsas fəaliyyət istiqamətləri

 

Allergik xəstəliklərin diaqnostikası və müalicəsi

 

  • Allergik astma
  • Allergik rinit
  • Atopik dermatit (ekzema)
  • Qida allergiyaları
  • Dərman allergiyaları
  • Digər allergik xəstəliklərin müasir yanaşmalarla idarə olunması

 

Uşaq immunologiyası xidmətləri

 

  • Tez-tez xəstələnən uşaqların immunoloji qiymətləndirilməsi
  • Birincili və ikincili immun çatışmazlıqların diaqnostikası
  • İmmun sisteminin vəziyyətinin kompleks qiymətləndirilməsi və müalicə planının hazırlanması

 

Allergen-spesifik immunoterapiya (Allergik vaksinasiya)


Allergik astma, allergik rinit və allergik konyunktivit kimi xəstəliklərdə səbəbə yönəlmiş müalicə üsulu olan allergen-spesifik immunoterapiya (ASİT) tətbiq edilir. Fərdi hazırlanmış müalicə proqramları allergik həssaslığın azalmasına və uzunmüddətli klinik yaxşılaşmaya xidmət edir.

 

Təcili allergoloji yardım
Anafilaksiya və digər ağır allergik reaksiyalar zamanı təcili tibbi müdaxilə və peşəkar idarəetmə həyata keçirilir.

 

Niyə Məlhəm Beynəlxalq Hospitalının Uşaq Allergologiyası və İmmunologiyası şöbəsi?

 

Yüksək ixtisaslı mütəxəssis
Şöbədə Türkiyənin Marmara Universiteti və İstanbul Universiteti-Cərrahpaşa Tibb Fakültəsində uzmanlıq təhsili almış, pediatriya və uşaq allerqologiyası-immunologiyası üzrə ixtisaslaşmış Uzman Dr. Röyalə Babayeva fəaliyyət göstərir.

 

Fərdi müalicə yanaşması
Hər bir uşağın allergik və immunoloji vəziyyəti ətraflı qiymətləndirilir, əldə olunan nəticələrə əsasən fərdi diaqnostika, müalicə və izləmə planı hazırlanır.

 

Beynəlxalq standartlara uyğun xidmət
Şöbədə diaqnostika və müalicə prosesləri beynəlxalq klinik tövsiyələrə və sübutlara əsaslanan müasir tibbi metodlarla həyata keçirilir. Məqsəd uşaqların həyat keyfiyyətini artırmaq, allergik xəstəliklərin nəzarət altına alınmasını təmin etmək və sağlam inkişafını dəstəkləməkdir.

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems