Hospitalımız

Məlhəm Beynəlxalq Hospital – Beynəlxalq Standartlara Uyğun Yüksək Səviyyəli Tibbi Xidmət

Məlhəm Beynəlxalq Hospital 113 nəfər həkim, 202 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 537 nəfərlik peşəkar tibbi heyəti və müasir tibbi avadanlıqları ilə beynəlxalq standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərir.
Hospital 120 çarpayılıq tutuma malik, 28,000 m² sahəni əhatə edən, 5 mərtəbəli kompleksdə yerləşir. Tibb müəssisəsində 9 tam təchiz olunmuş əməliyyatxana, 20 reanimasiya yatağı, Neonatologiya şöbəsində isə 6 nüvə və 1 transfer arabası fəaliyyət göstərir.

Məlhəm Beynəlxalq Hospital

Məlhəm Beynəlxalq Hospitalın missiyası beynəlxalq standartlara uyğun, müasir tibbi texnologiyalardan istifadə etməklə pasiyentlərə yüksək keyfiyyətli və təhlükəsiz səhiyyə xidmətləri göstərməkdir. Peşəkar həkim və tibb personalımızın iştirakı ilə insan sağlamlığını qorumağı, diaqnostika və müalicə proseslərində dəqiqlik və etibarlılığı təmin etməyi, həmçinin pasiyent məmnuniyyətini ən yüksək səviyyədə saxlamağı əsas məqsəd kimi qəbul edirik.


+20KXoşbəxt ayrılmış pasiyent
10+İldən çox peşəkar təcrübə
+20KUğurlu əməliyyat

Yüksək Texnologiya və İnteqrasiya Olunmuş Xidmətlər

Kliniki şöbələr, laboratoriya və diaqnostika bölmələri ən son nəslî tibbi avadanlıq və sistemlərlə təchiz edilmişdir.
Xəstəxanada müasir havalandırma sistemi və pnevmatik ötürücü sistem quraşdırılmışdır.
Pasiyent məmnuniyyətini artırmaq məqsədilə interaktiv texnologiyalar və onların xidmətlər tətbiq olunur. Zənglər vahid çağrı mərkəzi tərəfindən idarə olunur və hər bir pasiyentə fərdi yanaşma göstərilir.
Təcili yardım şöbəsi 24/7 rejimdə 2 reanimasiya və 1 transfer ambulansla xidmət göstərir.

Fərq Yaradan Xüsusi Texnologiyalarvə Yanaşmalar

Transkranial Maqnit Stimulyasiyası (TMS)

Parkinson və Hərəkət Pozğunluqları Mərkəzi

Eşitmə və Müvazinət Pozğunluqları

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems