Tibbi bölmələrimiz
Nevrologiya insan beyni ( baş beyin və onurğa beyni) , periferik sinir sistemi və sinir-əzələ qovşaq xəstəliklərini tədqiq edən sahədir.
Məlhəm Beynəlxalq Hospitalın Nevrologiya şöbəsi bu sahədə müasir tibbi avadanlıqlarla və peşəkar nevroloqları ilə nevroloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən son innovativ üsulları tətbiq edir və xəstələrinə mükəmməl xidmət göstərir.
Klinikamızın nevrologiya şöbəsində müasir tibbi texnologiyalar və peşəkar həkim heyəti ilə aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi həyata keçirilir:
• Baş ağrıları (birincili və ikincili tip)
• Epilepsiyalar (qıcolmalar)
• İnsult (işemik və hemorragik) və onun nəticələri
• Onurğa beyni və sinir kökü problemləri (radikulopatiyalar, boyun-bel yırtıqları)
• Parkinson xəstəliyi və digər hərəkət pozuntuları
• Multipl skleroz və digər demiyelinizasiya xəstəlikləri
• Neyropatiyalar və digər periferik sinir zədələnmələri ( GBS,
• Yuxu problemləri
• Alzheymer və digər yaddaş pozuntuları
• Miasteniya Gravis xəstəliyi ( generalizə, okulyar)
• ALS və digər motor neyron xəstəlikləri
Müasir diaqnostik və müalicə üsulları
• Elektroensefaloqrafiya (EEG)
• Elektromioqrafiya (EMG)
• Baş beyin və onurğa beyni MRT, KT müayinələri
• Doppler ultrasəs müayinələri
• Laborator analizlər və genetik testlər (lazım gəldikdə)
• Transmanyetik stimulyasyon (TMS)
Bizim məqsədimiz – pasiyentlərə yüksək ixtisaslı, fərdi yanaşmaya əsaslanan nevroloji yardım göstərmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır.Xəstəliyin erkən mərhələdə aşkarlanması və düzgün müalicə planı ağırlaşmaların qarşısının alınması baxımından mühüm rol oynayır.
