Tibbi bölmələrimiz

Daxili Xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssis yetkinlik dövründə yaranan sağlamlıq problemlərinin müayinə və müalicəsi ilə məşğul olur. 

Məlhəm Beynəlxalq Hospital Daxili Xəstəliklər Şöbəsi xəstəliklərin diaqnostikasi, müayinə və müalicəsində dünya standartlarına uyğun tibbi xidmət göstərir.

Əgər səhhətinizlə bağlı hər hansı şikayətiniz varsa və hansı mütəxəssisə müraciət etməli olduğunuzu dəqiq bilmirsinizsə, ya da müstəqil analizlər vermisinizsə və nəticələrini qiymətləndirmək üçün köməyə ehtiyacınız varsa Daxili Xəstəliklər Şöbəsi sizə hərtərəfli tibbi xidmət təqdim edəcəkdir.

Şöbəmiz 24 saat fasiləsiz xidmət göstərir. Xəstələrimizin hər birinə fərdi yanaşılır və müalicə proqramları onların xüsusi ehtiyaclarına uyğun hazırlanır.

Daxili Xəstəliklər Şöbəsi pulmonologiya, kardiologiya, endokrinologiya, qastroenterologiya, hematologiya, , nefrologiya, revmatologiya, allerqologiya kimi digər dar ixtisaslı sahələrlə birlikdə işləyir.

Daxili Xəstəliklər Şöbəsində bütün növ daxili xəstəliklərin müalicəsi aparılır, xüsusən də aşağıdakı xəstəliklər üzrə tibbi xidmətlər göstərilir:

  • Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri
  • Arterial Hipertenziya
  • Şəkərli diabet 
  • Qalxanvari vəzi xəstəlikləri
  • Osteoporoz
  • Xolesterin və triqliserid kimi qan yağlarında yüksəlmə
  • Qaraciyər, mədə və öd kisəsi kimi həzm sistemi xəstəlikləri
  • Böyrək xəstəlikləri
  • Anemiya və digər qan xəstəlikləri
  • Revmatik xəstəliklər
  • Əzələ-skelet sistemi xəstəlikləri
  • İnfeksion xəstəliklər

Göstərilən tibbi xidmətlər peşəkar tibb heyətimiz tərəfindən müasir texnologiyalar və metodlarla icra edilir.


Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems