Tibbi bölmələrimiz

Qidalanma və pəhriz (dietologiya), fərdlərin sağlam həyat tərzi vərdişləri qazanmasını dəstəkləmək, xəstəliklərin qarşısının alınması və idarə olunmasında qidalanma müalicəsini təmin etmək məqsədilə xidmət göstərən bir sahədir. Bu şöbədə fərdlərin yaşı, cinsiyyəti, həyat tərzi və sağlamlıq vəziyyətinə uyğun olaraq fərdiləşdirilmiş qidalanma proqramları hazırlanır. Bədən kütlə indeksi (BKİ) analizi, qan testləri və metabolizma sürətinin ölçülməsi kimi elmi üsullarla şəxsə uyğun qidalanma planları hazırlanır. Məqsəd həm sağlamlıq problemlərinin qarşısını almaq, həm də həyat keyfiyyətini artırmaqdır.

Qidalanma və pəhriz (dietologiya) eyni zamanda, sağlam həyat tərzinin qorunması, çəki nəzarəti, xroniki xəstəliklərin qarşısının alınması və idarə olunmasında mühüm rol oynayır.

Qidalanma və Pəhriz (dietologiya) Hansı Hallarla Məşğul Olur?

Bu sahə fərdlərin sağlam qidalanma vərdişləri qazanmasını, ideal çəkiyə çatmasını və müxtəlif xəstəliklər üçün tibbi qidalanma müalicəsinin həyata keçirilməsini təmin edir.

Əhatə etdiyi sahələr:

  • Sağlam qidalanma vərdişlərinin qazanılması
  • Artıq çəki və piylənmə ilə mübarizə
  • Çəki azlığı zamanı sağlam qidalanma
  • Cərrahi əməliyyatlardan əvvəl və sonra bərpaedici qidalanma
  • Bariatrik cərrahiyyədə qidalanma müalicəsi
  • Şəkərli diabet üçün xüsusi pəhriz proqramları
  • Ürək-damar xəstəliklərində qidalanma planlaması
  • Hipertoniya üçün uyğun qidalanma
  • Qastrointestinal xəstəliklərdə pəhriz
  • Böyrək xəstəliklərində pəhriz dəstəyi
  • Onkoloji xəstəliklərdə qidalanma dəstəyi
  • Uşaq və yeniyetmələrdə sağlam inkişaf üçün qidalanma
  • Hamiləlik və laktasiya (süd vermə) dövründə qidalanma
  • İdmançılar üçün xüsusi qidalanma proqramları
  • Qidalanma pozuntuları (anoreksiya, bulimiya) zamanı pəhriz dəstəyi
  • Qida intoleransı və allergiyası olanlar üçün xüsusi qidalanma
  • Malnütrisiya (qidalanma çatışmazlığı) müalicəsi
  • Yaşlılarda sağlam və balanslı qidalanma
  • İmmunitet sistemini gücləndirən xüsusi pəhrizlər

Bədən Analiz Cihazı Nədir?

Bədən analiz cihazı, insanın bədən tərkibini – yağ, əzələ, su, sümük və digər komponentlərin payını – dəqiq və sürətli şəkildə ölçmək üçün istifadə olunan tibbi diaqnostik vasitədir. Bu cihazlar bioelektrik impendans analizi (BIA) prinsipi ilə işləyir və həm sağlam, həm də xəstə fərdlərdə qidalanma müalicəsinin qiymətləndirilməsi və planlaşdırılması üçün əvəzolunmaz rol oynayır.

 İşləmə Prinsipi – Bioelektrik İmpedans Analizi (BIA)

Cihaz çox zəif (hiss edilməyəcək qədər aşağı) elektrik cərəyanını bədənə göndərərək toxumaların elektrik müqavimətini (impedansı) ölçür:

·      Yağ toxuması – zəif keçirici, yüksək müqavimət göstərir

·      Əzələ və su – yüksək keçiricilik, az müqavimət göstərir

Bu fərqlər əsasında bədən tərkibinin hesablanması aparılır.

 Bədən Analiz Cihazının Ölçdüyü Əsas Parametrlər

·     Bədən Kütlə İndeksi (BKİ):

Boy və çəkiyə əsasən piylənmə dərəcəsini göstərir.

·     Bədən Yağ Faizi (%):

Ümumi bədən kütləsinin neçə faizinin yağdan ibarət olduğunu göstərir.

·     Yağsız Bədən Kütləsi:

Əzələlər, sümüklər, daxili orqanlar və su daxil olmaqla bədənin yağsız hissəsi.

·     Əzələ Kütləsi:

Aktiv əzələ toxumasının miqdarı.

·     Visseral Yağ Səviyyəsi:

Daxili orqanlar ətrafında toplanan yağ miqdarı. Artması metabolik risklərlə (diyabet, hipertoniya) əlaqələndirilir.

·     Bədən Su Faizi (%):

İntracellular və extracellular su miqdarı. Aşağı su faizi dehidratasiya göstəricisi ola bilər.

·     Bazal Metabolik Sürət (BMR):

Fərdin istirahət halında yandırdığı kalori miqdarı – pəhriz planının kalori hesablamasında əsas göstəricidir.

·     Metabolik Yaş:

BMR əsasında orqanizmin metabolik yaşının hesablanması.

·     Protein Nisbəti, Sümük Kütləsi və Hüceyrə Daxili Su Miqdarı:

Qidalanma statusunu, əzələ-sümük sağlamlığını və bədən balansını göstərir.

 Nəticələrin Dəqiqliyi Üçün Diqqət Edilməli Məqamlar:

-Cihazı istifadə etmədən ən az 3 saat öncə bir şey yeyilməməli

-Çox miqdarda maye içilməməli və ölçümdən öncə tualet ehtiyacı qarşılanmalı

-Öncəsində ağır idman hərəkətləri edilməməli

-Uzun müddətli açlıq,normadan artıq kafein istifadəsi olmamalı

-Ölçüm edilərkən, yüngül paltarla olmalı və ağır geyim aksesuarlardan qaçınılmalı

-Doğru ölçüm üçün menstrual tsikl bitdikdən ən az 5-6 gün sonra cihazdan istifadə edilməlidir.

*Uşaqlar və hamilə qadınlar üçün cihazdan istifadə tövsiyyə edilmir.

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems