Tibbi bölmələrimiz

Məlhəm Hospitalın Təcili Tibbi Yardım və Səyyar Tibbi Xidmət Şöbəsi tibb sahəsindəki ən son yenilikləri və müasir texnologiyanı birləşdirərək, 7 gün 24 saat fasiləsiz xidmət təqdim edir. Təcrübəli və peşəkar tibbi heyətimiz həm xəstəxana mühitində, həm də hadisə yerində sürətli və effektiv müdaxilələr edərək, hər an yanınızda olmağa çalışır. Xəstələrimizin ehtiyaclarına operativ şəkildə cavab vermək və onların həyatını qorumaq əsas məqsədimizdir.

Təcili Tibbi Yardım xidmətləri yalnız Məlhəm Hospitalın geniş imkanlara malik xəstəxanasında deyil, həm də Məlhəm Hospitalın Ambulatoriya şöbəsində də təşkil olunmuşdur. Hər iki mərkəzdəki müasir təcili yardım otaqları, dünya standartlarına uyğun ən qabaqcıl tibbi cihazlar və avadanlıqlar ilə təchiz edilmişdir. Bu, xəstələrə yüksək keyfiyyətli və peşəkar tibbi yardım göstərilməsini təmin edir.

Bizim xidmətimiz yalnız müalicə ilə məhdudlaşmır, eyni zamanda qəza, xəstəlik və ya fövqəladə hallarda ən sürətli və ən doğru müdaxiləni təmin etmək üçün mobil tibbi komandalarımızla hadisə yerinə də birbaşa müdaxilə edirik. Hər bir tibbi hadisə xüsusi diqqət və dəqiqliklə qiymətləndirilir və dərhal müdaxilə edilir. Hər an hazır olan tibbi heyətimiz, təcili yardıma ehtiyacı olan hər kəsə ən yüksək səviyyədə dəstək göstərməyə hazırdır.

Bütün bunlar Məlhəm Hospitalın Təcili Tibbi Yardım Şöbəsinin regionda ən etibarlı və qabaqcıl tibbi yardım təminatçısı olmasını təmin edir. Bizim məqsədimiz hər zaman və hər yerdə sağlamlığınızı qorumaq və həyatınızı təhlükələrdən qurtarmaqdır.

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems