Tibbi bölmələrimiz
Məlhəm Beynəlxalq Hospitalı XXI əsrin ən müasir tibbi nailiyyətlərini, qabaqcıl texnologiyaları və beynəlxalq səviyyəli həkim heyətini bir araya gətirərək ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini erkən aşkar etmək və effektiv müalicə etmək məqsədi ilə Ürək-damar Mərkəzini qurmuşdur. Bu mərkəz ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində peşəkar yanaşma ilə fəaliyyət göstərərək xəstələrinə ən yüksək standartlarda xidmət təqdim edir.
Ürək-Damar Mərkəzində həyata keçirilən xidmətlər:
Məlhəm Beynəlxalq Hospitalının Ürək-damar Mərkəzində hər yaş qrupundan olan insanlara ən müasir diaqnostik və müalicə xidmətləri təqdim edilir. Burada həm non-invaziv, həm də invaziv müayinə və müalicə üsulları ilə xəstələrə kompleks tibbi dəstək verilir.
Non-invaziv kardioloji müayinələrlə tanış olun:
- EKQ (Elektrokardioqrafiya) – ürəyin fəaliyyəti nəticəsində yaranan elektrik impulslarının qeydiyyatını aparan, ürək ritmində olan dəyişiklikləri aşkarlayan diaqnostik müayinə metodudur.
- EXO-KQ (Ekokardioqrafiya) – ultrasəs dalğaları vasitəsilə ürəyin struktur və funksional dəyərləndirmə metodudur.
- Transezofageal Ekokardioqrafiya (TEE) – Bu ürəyin ultrasəs dalğaları vasitəsilə daha detallı incələnməsi üçün qida borusundan icra edilən endoskopik müayinə metodudur.
- Kardiovaskulyar Stress Test (Tredmill test) – ürəyin fiziki yüklənmə sırasında ürək-damar sisteminin fəaliyyətini dəyərləndirmək üçün aparılan EXO müayinə növüdür.
- Farmakoloji Stress EXO-KQ – dərman vasitələri ilə yaradılan süni stress əsasında ürək fəaliyyətinin dəyərləndirilməsi üçün aparılan EXO müayinə növüdür.
- Holter monitorinq (Təzyiq Holteri və Ritm Holteri) – 24–48 saat ərzində ürək ritmi və arterial təzyiqdə olan dəyişikliklərin qeydə alınması metodudur.
- Fetal EXO-KQ – ana bətnindəki uşağın ürəyinin ultrasəs (ekokardioqrafiya) ilə görüntülənməsidir.
- Pediatrik EXO-KQ – uşaqlarda ultrasəs dalğaları vasitəsilə ürək və damarların struktur və funksional dəyərləndirmə metodudur.
Məlhəm Hospitalın Kardiologiya Şöbəsində aparılan İnvaziv xidmətlər
- Koronar angioqrafiya – xüsusi kontrast maddə hesabına ürəyin tac (koronar) damarlarının görüntülənməsi üsuludur və ürəyin işemik xəstəliyin aşkarlanmasında “qızıl standart” metodudur
- PTKA+stent implantasiyası – daralmış ürək damarlarının balon və stent vasitəsilə açılması metodudur
- Elektrofizioloji müayinə – ürək ritm pozğunluqlarının aşkarlanmasında icra edilən invaziv işləmdir
- Yüksək tezlikli ablasiyə – aritmiya ablasiyası ürəkdə anormal elektrik siqnallarını bloklamaq üçün minimal invaziv üsulla həyata keçirilən prosedurdur
- Qalıcı kardiostimulyatorun yerləşdirilməsi – ürək döyüntülərinin çox yavaş olduğu hallarda normal ritmi təmin etmək üçün istifadə edilir
- Ürək daxili defibrilyator yerləşdirilməsi (ICD) – ani ürək dayanması və ölümcül aritmiyalar riski olan xəstələr üçün ürək döyüntülərini bərpa edən cihazdır
- Ürəyi sinxron çalışdıran cihaz (CRT) – ürək çatışmazlığı olan xəstələrdə ürək kameralarının sinxron işləməsini təmin edir və xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
Konsultativ xidmətlərimiz:
Məlhəm Beynəlxalq Hospitalının Ürək-Damar Mərkəzində, ürək xəstəlikləri ilə bağlı ətraflı konsultasiyalar və mütəxəssis yardımı da göstərilir. Bu konsultasiyalar arasında:
- Ürəyin İşemik Xəstəliyinin araşdırılması
- Ürək çatışmazlığı üzrə konsultasiya
- Ürək qapaq xəstəliklərinin dəyərləndirilməsi
- Arterial Hipertenziya (Birincili və İkincili)
- Ürək ritmi pozulmalarının araşdırılması
- Lipid (xolesterin) metabolizmi pozulmalarının araşdırılması
Məlhəm Beynəlxalq Hospital ürək-damar xəstəliklərinin qarşısını almaq və müalicə etmək məqsədi ilə hər zaman ən müasir, effektiv üsulları tətbiq edir. Mərkəzimiz xəstələrimizin ürək sağlamlığını qorumaq və onlara yüksək keyfiyyətli tibbi xidmət təqdim etmək üçün hər zaman öz xidmətlərinin inkişafı üzərində çalışır.
