Tibbi bölmələrimiz
Mikrobiologiya laboratoriyası, infeksion xəstəliklərin törədicilərinin (bakteriya, virus, göbələk, parazit) müəyyənləşdirildiyi, bakteriyaların antibiotiklərə həssaslığının yoxlanıldığı və epidemioloji nəzarətin aparıldığı bir laboratoriyadır. Xəstələrin düzgün müalicə alabilməsi üçün düzgün nümunə qəbulu və laborator dəyərləndirmə ilə düzgün diagnoz qoyulması vacibdir. Analiz nəticələrini xəstəni təqib edən həkim klinik şərhlərlə birlikdə dəyərləndirməlidir.
1. Kultivasiya (əkilmə) analizləri və klinik nümunələr
- Mikrobioloji əkilmələr aerobik/anaerobik bakteriyaları və maya/küf göbələklərini təyin etmək üçün istifadə olunur. Bütün mikrobioloji əkilmələrin antibiotik və göbələk əleyhinə dərmanların qəbulundan öncə götürülməsi vacibdir. Əgər bu dərmanlar istidafə olunubsa laboratoriyaya məlumat verilməlidir. Ən qısa müddətdə və uyğun şəkildə laboratoriyaya çatdırılmalıdır.
*Nümunə və Diqqət Edilməli Məsələlər:*
1. *Qan (aerob və anaerob):*
Ideal olan qızdırma anında, steril şəraitdə götürülməlidir.
2. *Sidik:*
Antiseptiklə təmizləndikdən sonra orta axım sidik alınmalıdır.
3. *Boğaz yaxması:*
Badamcıqlardan steril pambıq uclu çubuqla götürülməlidir.
4. *Bəlğəm:*
Tüpürcək yox, dərin öskürəklə əldə edilən bəlğəm olmalıdır.
5. *BOM (beyin onurğa mayesi):*
Beldən steril olaraq punksiya ilə götürülməlidir.
6. *BAL (bronkoalveolar lavaj):*
Bronkoskopiya üsulu ilə steril götürülməlidir.
7. *Digər bədən mayeləri (plevral, perikard, assit, oynağa və s.):*
Uyğun sahələrdən steril olaraq götürülməlidir.
2. Antibiotik Həssaslıq Testləri
- Xəstəxanamızda disk diffuziya üsulu (Kirby-Bauer) və avtomatlaşdırılmış sistemlə (VITEK) icra olunur.
3. Molekulyar Testlər
- PZR (məsələn, genital panel, HPV və s.)
- Sindromik panel testlər (məsələn, tənəffüs paneli, meningoensefalit paneli)
4. Seroloji Testlər
- ELISA (HBsAg, anti HCV, anti HİV, Rubella IgG/IgM və s.)
- Aqlütinasiya testləri (Brusellyoz, tif-paratif testləri və s.)
Keyfiyyətə Nəzarət və Akkreditasiya
- Daxili keyfiyyət nəzarəti – gündəlik nəzarət suşları ilə yoxlama
- Xarici keyfiyyət nəzarəti – beynəlxalq proqramlarda iştirak
