Xəstəliklər və müalicələr
Xroniki bronxit tənəffüs yollarının uzunmüddətli iltihabi xəstəliyidir və əsasən öskürək və bəlğəm ifrazı ilə özünü göstərir. Bu xəstəlik çox vaxt siqaret istifadəsi və ya zərərli mühitdə uzun müddət qalma nəticəsində inkişaf edir.Xroniki bronxit, bronxların (hava yollarının) davamlı şəkildə iltihablanması və selik ifrazının artması ilə xarakterizə olunur. Xəstəlik adətən ildə ən az 3 ay, ardıcıl 2 il davam edən öskürək ilə tanınır.
Xroniki bronxitin yaranmasında əsas faktorlar arasında ən önəmli səbəb siqaret çəkməkdir. Bundan əlavə, hava çirkliliyi və tozlu mühitdə uzun müddət qalmaq, kimyəvi qazlara məruz qalmaq, tez-tez tənəffüs yolu infeksiyaları keçirmək və genetik meyllilik də bu xəstəliyin inkişafında mühüm rol oynayır.
Xroniki bronxitin diaqnozu xəstənin şikayətləri, uzunmüddətli öskürək və bəlğəm ifrazı kimi əlamətlər əsasında qoyulur. Həkim ağciyərlərin vəziyyətini qiymətləndirmək üçün spirometriya testi, rentgen müayinəsi və bəzi hallarda qan və bəlğəm analizləri təyin edə bilər. Bu müayinələr xəstəliyin nə dərəcədə olduğunu müəyyən etməyə kömək edir.
Xroniki bronxitin müalicəsi xəstəliyin əlamətlərini azaltmağa və nəfəs almağı rahatlaşdırmağa yönəlir. Müalicə zamanı həkim inhalyatorlar, bronx genişləndirici dərmanlar və bəzi hallarda antibiotiklər təyin edə bilər. Bundan əlavə, siqaretin tərgidilməsi, təmiz havada olmaq və nəfəs məşqləri etmək xəstənin vəziyyətinin yaxşılaşmasına kömək edir.
Əlaqədar həkimlər
Uzm.Dr. Könül Məmmədova
Pulmonoloq
