Xəstəliklər və müalicələr

Prostat vəzi xərçəngi kişilərdə rast gəlinən ciddi xəstəliklərdən biridir və vaxtında aşkarlanmadıqda sağlamlıq üçün ciddi risklər yarada bilər.Prostat vəzi xərçənginin əsas əlamətləri adətən ilkin mərhələdə nəzərə çarpmır. Lakin müəyyən müddətdən sonra bu xəstəlik özünü simptomlarla biruzə verməyə başlayır. Prostat vəzi xərçənginin erkən diaqnozu xəstəlikə mübarizədə effektiv rol oynayır.
Sidiyə getməkdə çətinlik, tez-tez sidiyə getmə, boşalma zamanı ağrı, cinsi zəiflik və ereksiya problemləri əsas əlamətlər hesab edilir. Prostat xərçəngi əlamətləri sidik və cinsiyyət sistemi ilə bağlı digər xəstəliklərin simptomlarına bənzəyə bilər. Bunun üçün də erkən müayinə və müalicələr, uroloq qəbulu, laborator analizlər çox vacibdir. Məlhəm Beynəlxalq Hospital prostat vəzi xərçəngi ilə mübarizədə ən etibarlı tibb mərkəzidir, dəqiq diaqnostika və müasir müalicə metodları ilə pasiyentlərdə etibar hissi yaradır.
Prostat vəzi xərçənginin ilkin əlamətləri nəzərə alınmadıqda və həkim müayinəsinə vaxtında müraciət edilmədikdə, diaqnoz gecikir və xəstəliklə mübarizə çətinləşir. Eyni zamanda: həkim təyinatı olmadan dərman qəbulu etmək, alternativ müalicə üsullarından istifadə, həkim göstərişlərinə əməl etməmək, sağlam həyat tərzinə laqeyd yanaşmaq, qeyri-sağlam qidalanma, fiziki passivlik və zərərli vərdişlər orqanizmin müalicə prosesinə mənfi təsir göstərə bilər.
Prostat vəzi xərçəngindən tam qorunmaq hər zaman mümkün olmasa da, sağlam həyat tərzi və müntəzəm tibbi müayinələrlə xərçəng riskinin azalmasına kömək edə bilər. Həkim mütəxəssislər prostat vəzi xərçəngindən qorunmaq üçün sağlam və balanslı qidalanmağı, fiziki və aktiv həyat tərzi sürməyi, siqaret və alkoqoldan uzaq durmağ, müntəzəm uroloji müayinədən keçməyi, artıq çəkidən qorunmağı, PSA analizi və həkim nəzarətini gecikdirməməyi tövsiyə edir. Prostat vəzi xərçənginin müalicəsi xəstəliyin mərhələsinə və pasiyentin ümumi sağlamlıq vəziyyətinə uyğun şəkildə aparılır. Müalicə üsulları adətən cərrahi müdaxilə, şüa terapiyası, kimyaterapiya aktiv müşahidə və nəzarət proqramları ilə həyata keçirilir. Məlhəm Beynəlxalq Hospitalın kişi sağlamlığı mərkəzi prostat vəzi xərçənginin diaqnostikası və müalicəsində müasir tibbi texnologiyaları və təcrübəli həkim mütəxəssis heyəti ilə hər zaman xidmətinizdədir.

Əlaqədar həkimlər

Dr. Cavid Baloğlanov

Uroloq- Androloq

Uzm.Dr. Münasib Məmmədov

Uroloq- Androloq

Uzm.Dr. Vüsal Pirverdiyev

Uroloq-Androloq

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems