Ana səhifəXəstəliklər və müalicələrKoronar ürək xəstəliyi – əlamətləri, səbəbləri və müalicə üsulları

Xəstəliklər və müalicələr

Koronar ürək xəstəliyi ürəyi qan və oksigenlə təmin edən koronar damarların ateroskleroz nəticəsində daralması və ya tamamilə tutulması ilə xarakterizə olunan ürək-damar xəstəliyidir. Damar divarında toplanan yağ və xolesterin lövhələri qan dövranını məhdudlaşdırır. Xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Lakin damarların daralma dərəcəsi artdıqca ürəyin oksigen tələbatı ödənilmir və müxtəlif klinik əlamətlər meydana çıxır. Vaxtında diaqnostika aparılmadıqda koronar ürək xəstəliyi miokard infarktı və ürək çatışmazlığı kimi həyati təhlükəli fəsadlara səbəb ola bilər.
Koronar ürək xəstəliyinin ən xarakterik əlaməti sinə nahiyəsində sıxıcı və ya yandırıcı ağrıdır. Bu ağrı bəzən sol qola, çiyinə, boyuna, çənəyə və ya kürəyə yayıla bilər. Fiziki gərginlik və ya emosional stress zamanı ağrı daha çox hiss olunur, istirahət etdikdə isə zəifləyə bilər. Xəstələrdə nəfəs darlığı, tez yorulma, ürək döyüntülərinin artması, başgicəllənmə və soyuq tər ifrazı da müşahidə edilə bilər. Bəzi insanlarda isə ilk əlamət birbaşa infarkt şəklində ortaya çıxdığı üçün risk faktorları olan şəxslərin mütəmadi kardioloji müayinədən keçməsi böyük əhəmiyyət daşıyır.
Koronar ürək xəstəliyinin əsas səbəbi aterosklerozdur. Bununla yanaşı yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, siqaret istifadəsi, piylənmə və oturaq həyat tərzi xəstəliyin inkişaf riskini artırır. Sağlam olmayan qidalanma, xroniki stress və irsi meyillilik də koronar damarların zədələnməsinə təsir edən amillər sırasındadır. Xüsusilə 45 yaşdan yuxarı kişilər və menopauza dövründən sonrakı qadınlar daha yüksək risk qrupuna daxildir. Risk faktorlarının vaxtında aradan qaldırılması xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır.
Koronar ürək xəstəliyinin diaqnozu xəstənin şikayətləri, fiziki müayinəsi və müasir instrumental üsullar əsasında qoyulur. Elektrokardioqram (EKQ), Exokardioqrafiya (EXO), exokardioqrafiya, stress test, koronar KT angioqrafiya və invaziv koronar angioqrafiya diaqnostikada geniş istifadə olunur. Müalicə xəstəliyin mərhələsinə uyğun planlaşdırılır. Həyat tərzinin dəyişdirilməsi, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və dərman müalicəsi əksər xəstələrdə effektiv nəticə verir. Damar tıxanıqlığı ciddi olduqda stent implantasiyası və ya koronar şuntlama əməliyyatı tətbiq oluna bilər. Müalicənin məqsədi ürəyə qan axınını bərpa etmək, infarkt riskini azaltmaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Koronar ürək xəstəliyinin qarşısını almaq üçün sağlam həyat tərzi ən vacib addımdır. Duz və doymuş yağlarla zəngin qidaların məhdudlaşdırılması, tərəvəz və meyvələrin gündəlik qidalanmada üstünlük təşkil etməsi ürək sağlamlığını qorumağa kömək edir. Siqaretdən imtina etmək, alkoqol qəbulunu məhdudlaşdırmaq, normal bədən çəkisini saxlamaq və həftə ərzində müntəzəm fiziki aktivliklə məşğul olmaq riskin azalmasına müsbət təsir göstərir. Qan təzyiqi, qan şəkəri və xolesterin səviyyəsinin mütəmadi nəzarətdə saxlanılması, xüsusilə risk qrupunda olan şəxslərin vaxtaşırı kardioloq müayinəsindən keçməsi ciddi ürək-damar ağırlaşmalarının qarşısını almağa kömək edir.
Məlhəm Hospital-da koronar ürək xəstəliyinin diaqnostikası və müalicəsi müasir tibbi avadanlıqlar və təcrübəli kardioloqlar tərəfindən həyata keçirilir. Xəstələr üçün EKQ, Exokardioqrafiya, stress test, koronar angioqrafiya və digər müasir diaqnostik üsullar tətbiq olunur. Müayinələrin nəticələrinə əsasən hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır və ehtiyac olduqda invaziv kardioloji prosedurlar həyata keçirilir. Ürək sağlamlığınızı qorumaq və mümkün riskləri vaxtında müəyyən etmək üçün Məlhəm Hospital-da kardioloq müayinəsindən keçməyiniz tövsiyə olunur.

Əlaqədar həkimlər

Dr. Xədicə Hüseynli

Kardioloq

Dr. Mehriban İsgəndərova

İnvaziv Kardioloq

Dr. Nicat Babayev

İnvaziv Kardioloq

Dr. Saleh Hüseynov

İnvaziv Kardioloq

Uzm.Dr. Ülvin Həbibova

Kardioloq

Uzm.Dr. Ülvi Mirzoyev

Kardioloq

Uzm.Dr. Yasmin Rüstəmova

Kardioloq

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems