Xəstəliklər və müalicələr
Yaz aylarında havada bitki tozcuqlarının (polenlərin) artması ilə əlaqədar olaraq allergik reaksiyalar daha çox müşahidə olunur. Bu vəziyyət immun sisteminin həssaslığı nəticəsində yaranır və xüsusilə allergiyaya meyilli şəxslərdə özünü göstərir.
Tez-tez asqırma; burun axıntısı və tutulma; пözlərdə qaşınma, qızartı və sulanma; boğazda qıcıqlanma.
Yaz allergiyasının əsas səbəbi ağac, ot və çiçək tozcuqlarıdır. Küləkli havalarda bu tozcuqların yayılması artır və simptomlar daha da güclənə bilər.
Allergenlə təması minimuma endirmək; antihistamin dərmanlardan istifadə (həkim məsləhəti ilə); burun spreyləri və göz damcıları; evdə və iş mühitində təmizliyə diqqət etmək; açıq havadan sonra üz və əlləri yumaq.
Vaxtında düzgün yanaşma ilə yaz allergiyasının təsirlərini azaltmaq və həyat keyfiyyətini qorumaq mümkündür.
Əlaqədar həkimlər
Uzm.Dr. Fidan Sultanova
İnfeksionist
