Ana səhifəHəkimlərUzm. Dr. Elşən Nəcəfov

Həkimlər

Elşən Nəcəfov

Uzm. Dr. Elşən Nəcəfov

Travmatoloq – Ortoped


Haqqında

Uzman Travmatoloq-ortoped Dr. Elşən Nəcəfov Məlhəm Beynəlxalq Hospitalda fəaliyyət göstərir. Həkimin fəaliyyət istiqamətlərinə oynaqların artroskopik cərrahiyyəsi, diz və aşıq-baldır oynaqlarında bağların yenidən qurulması (ACL və digər bağ rekonstruksiyaları), menisk və qığırdaq zədələrinin cərrahi müalicəsi, bud-çanaq, diz və çiyin oynaqlarının endoprotezləşdirilməsi, ayaq deformasiyalarının (Halluks Valgus, Halluks Rigidus, Pes Cavus, çəkic barmaq) cərrahi müalicəsi, tortikolisin cərrahi korreksiyası, əl cərrahiyyəsi, karpal tunel və kubital tunel sindromlarının, tətik barmaq və baş barmaqla yanaşı digər əl barmaqlarının patologiyalarının cərrahi müalicəsi daxildir.

Həkim, həmçinin qol, ayaq, bud, baldır, çiyin və digər nahiyələrin sınıqları, oynaq çıxıqları, bağ və əzələ zədələri, idman travmaları, onurğa və çanaq travmaları, yumşaq toxuma zədələri, eləcə də uşaq travmatologiyası sahəsində diaqnostika və müalicə xidmətləri göstərir.

Qəbula yazılmaq üçün 803 çağrı mərkəzi və ya +994 51 201 71 01, +994 99 800 08 03 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Təhsil tarixi

Qazi Universiteti Tibb Fakültəsi, Ortopediya və Travmatologiya Anabilim Dalı – Ortopediya və Travmatologiya üzrə ixtisaslaşma.

İş təcrübəsi

Yeni Klinika-Travmatoloq-Ortoped
Ankara Qazi Universiteti Tibb Fakültəsi-Ortopediya və Travmatologiya Anabilim Dalı – Uzmanlıq
M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası-Travmatoloq-Ortoped
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası-Travmatoloq-Ortoped
Məlhəm Beynəlxalq Hospital-Travmatoloq-Ortoped
Vüqar Quliyev

Uzm.Dr. Vüqar Quliyev

Travmatoloq - Ortoped

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems