Həkimlər

Uzm.Dr. Alidə Alıyeva
Daxili Xəstəliklər və Revmatologiya uzmanı
Haqqında
Daxili Xəstəliklər və Revmatologiya Uzmanı Revmatoloq Dr. Alidə Alıyeva Məlhəm Beynəlxalq Hospitalda fəaliyyət göstərir. Həkimin fəaliyyət istiqamətlərinə revmatoid artrit, juvenil idiopatik artrit (JIA), spondiloartropatiyalar, ankilozlaşan spondilit (Bexterev xəstəliyi), psoriatik artrit, enteropatik artrit, reaktiv artrit, birləşdirici toxuma xəstəlikləri, sistemik qırmızı qurd eşənəyi (SLE), Şöqren sindromu, sklerodermiya, dermatomiozit və polimiozit, Raynaud (Reyno) sindromu, antifosfolipid antitel sindromu, Behçet xəstəliyi, ailəvi Aralıq dənizi qızdırması və digər otoinflamatuar xəstəliklər, vaskulitlər (kiçik və böyük damar vaskulitləri, o cümlədən Takayasu arteriti və dev hüceyrəli arterit), sarkoidoz, IgG4 əlaqəli xəstəliklər, kristal artropatiyalar, gut (podaqra) və kalsium pirofosfat xəstəliyinin diaqnostika və müalicəsi daxildir.
Həkim diaqnozun dəqiqləşdirilməsi məqsədilə skelet-əzələ sisteminin ultrasəs müayinəsi, oynaq punksiyası, dırnaq kapilyaroskopiyası, paterji testi və tüpürcək vəzi biopsiyası kimi müasir diaqnostik prosedurları da icra edir.
Qəbula yazılmaq üçün 803 çağrı mərkəzi və ya +994 51 201 71 01, +994 99 800 08 03 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
