Ana səhifəHəkimlərDr. Gülnar Vəliyeva

Həkimlər

Gülnar Vəliyeva

Dr. Gülnar Vəliyeva

Qastroenteroloq


Haqqında

Qastroenteroloq Dr. Gülnar Vəliyeva Məlhəm Beynəlxalq Hospitalda fəaliyyət göstərir və Qastroenterologiya şöbəsinin rəhbəridir.

Həkimin fəaliyyət istiqamətlərinə qastroenteroloji və hepatoloji xəstəliklərin müayinə və müalicəsi, həmçinin qaraciyər transplantasiyası sonrası pasiyentlərin izlənməsi və müalicəsi daxildir.

Dr. Gülnar Vəliyeva tərəfindən icra olunan prosedurlara ezofaqoqastroduodenoskopiya və biopsiya, kolonoskopiya və biopsiya, polipektomiya, EMR (Endoskopik Mukozal Rezeksiya), skleroterapiya, band liqasiya, yad cismin çıxarılması, endoskopik lüminal stentləmə və PEG (perkutan qastrostoma) qoyulması daxildir.

Qəbula yazılmaq üçün 803 çağrı mərkəzi və ya +994512017101, +994998000803 nömrələri ilə əlaqə saxlaya bilərsiniz!

Təhsil tarixi

1999–2005 – Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi
2005–2006 – K.Fərəcov adına ET Pediatriya İnstitutu, internatura
2008–2011 – Ege Universiteti (İzmir), Qastroenterologiya, Hepatologiya və Orqan Transplantasiyası üzrə uzmanlıq
2011 – Özəl Kent Xəstəxanası, Orqan və Toxuma Transplantasiyası üzrə ixtisasartırma kursu

İş təcrübəsi

MNX, Endoskopik cərrahiyyə şöbəsinin rəhbəri
Bonadea Hospital, Qastroenterologiya şöbəsinin rəhbəri
Məlhəm Beynəlxalq Hospital, Qastroenterologiya şöbəsinin rəhbəri
Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems