Ana səhifəMərkəzlərYuxu Laboratoriyası Mərkəzi

Mərkəzlər

Rahat Yuxu — Sağlam Həyatın Açarıdır!

Yuxu insanın fiziki və psixi bərpası üçün ən vacib prosesdir. Hospitalımızın Yuxu Laboratoriyası Mərkəzində yuxu pozğunluqlarının diaqnozu və müalicəsi ən müasir texnoloji avadanlıqlarla, beynəlxalq protokollar əsasında aparılır.

Nə zaman Yuxu Laboratoriyası Mərkəzinə müraciət etməlisiniz?

Gündüz yuxululuğu: Gün ərzində özünüzü həddindən artıq yorğun və yuxulu hiss etmək.
Xoruldaıma: Yüksək səslə xoruldamaq və ətrafdakıları narahat etmək.
Nəfəs kəsilməsi: Gecə yuxuda nəfəsin dayanması epizodları və ya boğularaq oyanmaq.
Yorğun oyanmaq: Səhərlər sanki heç yatmamış kimi əzgin və enerjisiz olmaq.
Yuxu rejimi pozulması: Yuxuya getməkdə və ya yuxunu davam etdirməkdə çətinlik çəkmək.
Qəfil yuxulama: Televizor qarşısında, ictimai yerlərdə və ya ən təhlükəlisi — sükan arxasında yuxulamaq.

Peşəkar Komandamız

Yuxu sağlamlığınız Türkiyənin nüfuzlu tibb ocaqlarında təcrübə keçmiş mütəxəssisimizə əmanətdir: Uzm. Dr. Könül Məmmədova – Pulmonoloq (İstanbul Universiteti, Çapa Tibb Fakültəsi məzunu).

Yuxu Laboratoriyası Mərkəzində problemlərin kökünü tapmaq üçün aşağıdakı fundamental testlər həyata keçirilir:

Polisomnoqrafiya (Yuxu Testi): Gecə boyu davam edən bu tam müayinə zamanı beyin dalğaları, tənəffüs, ürək ritmi və əzələ fəaliyyəti xüsusi cihazlarla qeydiyyata alınır.
Titrasiya Testi: Yuxu apnesi diaqnozu qoyulmuş və CPAP cihazı istifadə etməsi lazım olan pasiyentlər üçün uyğun təzyiq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılır.

Yuxu keyfiyyətinizi bərpa etmək və gələcəkdə yarana biləcək ciddi sağlamlıq problemlərinin qarşısını almaq üçün Məlhəm Beynəlxalq Hospitalın Yuxu Laboratoriyası Mərkəzinə müraciət edin.

Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems