Mərkəzlər
Parkinson Xəstəliyi və Müasir Müalicə Üsulları
Parkinson xəstəliyi mərkəzi sinir sistemində dopamin istehsal edən neyronların məhv olması nəticəsində yaranan neyrodegenerativ bir xəstəlikdir. Hərəkətlərin yavaşlaması, əllərdə sarsıntı (tremor) və əzələ sərtliyi ilə özünü göstərən bu xəstəlik, düzgün idarə olunmadıqda həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Məlhəm Beynəlxalq Hospital nəzdində fəaliyyət göstərən Parkinson Mərkəzi, müasir tibbin ən son nailiyyətlərini tətbiq edərək xəstəliyin hər bir mərhələsində pasiyentlərin yanındadır. Mərkəzimizdə neyrocərrahiyyə üzrə uzman Dr. Teyyub Həsənov və nevroloq Dr. Aydın Bayramov tərəfindən multidisiplinar yanaşma tətbiq edilir. Mütəxəssislərimiz həftənin 2-ci və 4-cü günləri pasiyentləri qəbul edərək fərdi müalicə planları hazırlayırlar.
Mərkəzimizdə təklif olunan əsas xidmətlər:
Beyin Pili Əməliyyatı (DBS):
Yenilikçi və Effektiv Həll! Dərin Beyin Stimulyasiyası (DBS) – Parkinson xəstəliyinin xüsusilə dərmanla idarə oluna bilməyən mərhələlərində tətbiq olunan ən effektiv cərrahi metoddur. Əməliyyat və bərpa müddəti: Müddət: Əməliyyat təxminən 3 saat davam edir. Yatış: Cəmi 4 gün xəstəxana şəraitində nəzarət tələb olunur. Aktivləşmə: Əməliyyatdan 10 gün sonra beyin pilinin proqramlaşdırılması həyata keçirilir. Normal həyata dönüş: Pasiyentlər əməliyyatdan 1 ay sonra tam aktiv həyatlarına qayıda bilirlər.
Niyə Beyin Pili? (Üstünlüklərimiz):
Parkinson xəstəliyi ilə mübarizədə zaman ən böyük müttəfiqdir. Məlhəm Beynəlxalq Hospitalın mütəxəssisləri vurğulayırlar ki, erkən diaqnoz və müasir metodların (xüsusilə DBS) tətbiqi: 1. Xəstəliyin irəliləməsini əhəmiyyətli dərəcədə yavaşladır. 2. Hərəkət azadlığını bərpa edir. 3. Pasiyentin başqalarından asılılığını minimuma endirir.
