Mərkəzlər
İnsult Mərkəzi: İşemik və Hemorragik İnsultun Müasir Müalicəsi
İnsult (beyin qan dövranının kəskin pozulması) dünya miqyasında ölüm səbəbləri arasında ikinci, əlillik dərəcəsinə görə isə birinci yerdə duran ciddi tibbi vəziyyətdir. Məlhəm Beynəlxalq Hospitalın İnsult Mərkəzi, beynəlxalq standartlara uyğun müalicə protokolları və təcrübəli komandası ilə insan həyatını xilas etmək üçün 7/24 xidmətinizdədir.
İnsultun Əsas Əlamətləri (FAST Testi)
Peşəkar Heyətimiz
İnsultla mübarizədə təcili yardım heyəti, nevroloqlar, beyin cərrahları, radioloqlar və fizioterapiya mütəxəssislərindən ibarət geniş və təcrübəli komandamız hər bir saniyənin dəyərini bilir.
Multidisiplinar Yanaşma və Reabilitasiya
İşemik insultun müalicəsində "qızıl saatlar" həlledici rol oynayır. Mərkəzimizdə tətbiq olunan innovativ üsullar:
İntravenoz Trombolitik Müalicə: İnsultun ilk 4-4.5 saatı ərzində tətbiq olunur. Xüsusi preparatlarla beyin damarlarındakı tromb əridilir və qan təchizatı bərpa edilir. (İcraçılar: Uzm. Dr. Fəridə Poladova, Uzm. Dr. Aydın Bayramov) Mexaniki Trombektomiya: İnsultun ilk 6-8 saatı ərzində icra olunur. Tıxanmış damardakı tromb mexaniki yolla çıxarılaraq beyin zədələnməsi minimuma endirilir. (İcraçı: Dr. Ruslan Pişanov) Dekompressiv Cərrahiyyə: Hemorragik insult (beyin qanaxması) zamanı beyin daxili təzyiqi azaltmaq və həyatı xilas etmək üçün icra olunan kritik əməliyyatlardır. (İcraçı: Uzm. Dr. Teyyub Həsənov)
