Последние новости
Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Məlhəm Beynəlxalq Hospitalı ziyarət edib







Səfiri Məlhəm Beynəlxalq Hospitalın Baş direktoru Fuad Əlizadə və İcraçı direktoru Sevda Əlizadə qəbul ediblər. Səfər çərçivəsində səfirə hospitalın fəaliyyəti, tibbi xidmətlərin təşkili, müasir tibbi infrastrukturu və tətbiq olunan müalicə-diaqnostika imkanları barədə məlumat verilib. Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri, tibb üzrə fəlsəfə doktoru Elnur İmanovun da iştirak etdiyi görüşdə səhiyyə sahəsində əməkdaşlıq perspektivləri, iki ölkə arasında tibbi əlaqələrin inkişafı, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Qırğız Respublikaları arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
