Последние новости
Məlhəm Beynəlxalq Hospital ilə Loqos Qadın Uzunömürlülük Rezidensiyası arasında əməkdaşlıq memorandumu imzalanıb






Məlhəm Beynəlxalq Hospital ilə Loqos Qadın Uzunömürlülük Rezidensiyası arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Məlhəm Hospitalın direktoru Sevda Əlizadə və Loqos Qadın Uzunömürlülük Rezidensiyasının təsisçi rəhbəri Təranə Paşayeva imzalayıblar. Memoranduma əsasən, rezidensiyaya qəbul ediləcək sakinlər üçün ilkin tibbi müayinə aparılacaq, sağlamlıq vəziyyəti qiymətləndiriləcək və fərdi tibbi müşahidə planı hazırlanacaq. Əməkdaşlıq çərçivəsində 7/24 tibbi xidmət, həkim konsultasiyaları, təcili tibbi yardımın təşkili və fasiləsiz tibbi monitorinq təmin ediləcək. Həmçinin yaradılacaq vahid elektron tibbi məlumat bazası vasitəsilə sakinlərin müayinə, müalicə və dərman qəbuluna nəzarət prosesi operativ və koordinasiyalı şəkildə həyata keçiriləcək.
