Məlhəm Beynəlxalq Hospital Regional Expo Gəncə 2026 sərgisində!





20–21 noyabr tarixlərində Məlhəm Beynəlxalq Hospital Gəncə şəhərində keçirilən Regional Expo Gəncə 2026 sərgisində iştirak edir. Sərgi çərçivəsində hospitalın fəaliyyəti, təqdim etdiyi tibbi xidmətlər, müasir müalicə və diaqnostika imkanları, eləcə də səhiyyə sahəsində tətbiq olunan yeniliklər ziyarətçilərin diqqətinə çatdırılır. Tədbir Məlhəm Beynəlxalq Hospital üçün regionlarla əlaqələrin genişləndirilməsi, tibbi xidmətlərin daha geniş auditoriyaya tanıdılması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məlhəm Beynəlxalq Hospital əhalinin sağlamlığının qorunması, keyfiyyətli və müasir tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
