Последние новости
Məlhəm Hospitalda nadir genetik xəstəliyi olan azyaşlı pasiyent uğurla müalicə olunub

Məlhəm Beynəlxalq Hospitalın Uşaq Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilən azyaşlı pasiyent uğurlu müalicə nəticəsində sağlamlığına qovuşub. Ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya qəbul edilən xəstədə Uzman. Dr Müşviq Ramazanovun rəhbərliyi ilə aparılan müayinələr zamanı septik şok, nefrotik sindrom, ürək çatışmazlığı və çox nadir rast gəlinən genetik xəstəlik aşkarlanıb. Pasiyentin müalicəsi pulmonoloq Uzm.Dr Könül Məmmədova, uşaq hematoloqu Uzm.Dr Damət Bağışov, Dr. Kamilə Paşayeva, kardioloq Uzm.Dr Ceyhun Bəxtiyarzadə, immunoloq Uzm.Dr Röyalə Babayeva və nevroloq Dr. Sahilə Əliəkbərova daxil olmaqla həkim komandası tərəfindən həyata keçirilib. Kompleks müalicə nəticəsində pasiyentin vəziyyəti stabilləşdirilib. Kardiak MRT və Holter müayinələri ürək boşluqlarında iri tromblar və ventrikulyar taxikardiya ataklarını üzə çıxarıb. Xəstəyə müvafiq antikoaqulyant və antiaritmik müalicə başlanılıb. Daha sonra ürək ritm pozuntularının qarşısının alınması məqsədilə hospitalın həkim-mütəxəssisi, kardioloq Uzm.Dr Ülvi Mirzoyev tərəfindən pasiyentə İCD kardiak implant yerləşdirilib. İki həftəlik müalicədən sonra pasiyent əlavə stasionar müşahidəyə ehtiyac olmadan evə buraxılıb.
