Последние новости
MƏLHƏM BEYNƏLXALQ HOSPİTALDA Autizmli uşaqlar üçün ödənişsiz müayinə aksiyası



Autizmli uşaqların sosial inteqrasiyasına və sağlam inkişafına dəstək məqsədilə Məlhəm Beynəlxalq Hospitalda xüsusi tədbir təşkil olunub. Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqramlar, interaktiv fəaliyyətlər və müxtəlif ixtisaslar üzrə həkimlərin iştirakı ilə ödənişsiz tibbi müayinələr həyata keçirilib. Gün ərzində həm uşaqların xoş vaxt keçirməsi, həm də ailələrin peşəkar tibbi məsləhətlərdən faydalanması üçün əlverişli şərait yaradılıb. Cəmiyyətin hər bir üzvü kimi autizmli uşaqların da sağlam, xoşbəxt və qayğıkeş mühitdə inkişaf etməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirdiyimiz sosial məsuliyyət layihələri ilə onların və ailələrinin yanında olmağa davam edəcəyik. Hər təbəssüm inklüziv gələcəyə atılan addımdır.
