HomeNewsSahibkarlar Günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib.

Latest News

May 2, 2026

Sahibkarlar Günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib.

preview

"Möhtərəm cənab Prezident! Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli birlik və müstəqil dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir. Sizin bu strateji kursa sadiq qalaraq həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində dünyada baş verən mürəkkəb və dəyişkən geosiyasi şəraitdə Azərbaycan sabitliyini qoruyur, dayanıqlı inkişafını təmin edir və yeni iqtisadi mərhələyə inamla qədəm qoyur. Sizin təşəbbüsünüz və Sərəncamınızla təsis olunmuş "Sahibkarlar Günü"nün bu il 10 illiyinin qeyd olunması ölkədə özəl sektorun inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. Ötən dövr ərzində sahibkarlığın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətləri daha çevik, şəffaf və effektiv əməkdaşlıq modelinə çevrilib. Biznes mühitinin yaxşılaşdırılması, qanunvericiliyin və inzibati prosedurların sadələşdirilməsi, regionlarda sahibkarlığın təşviqi, vergi və maliyyə stimullarının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və işgüzar əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-dövlət sektoru ölkə iqtisadiyyatının və məşğulluğun əsas hərəkətverici qüvvəsinə çevrilərək dayanıqlı inkişafı təmin edir. Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 75,9 %-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir. Eyni zamanda qlobal iqtisadiyyatda müşahidə olunan inflyasiya təzyiqləri, maliyyə bazarlarındakı dalğalanma, logistika zəncirlərində dəyişikliklər və regionda baş verən geosiyasi proseslər yeni çağırışlar formalaşdırır. Bu şəraitdə Azərbaycan sahibkarları çevik adaptasiya, innovasiya və rəqəmsallaşma yolu ilə rəqabət qabiliyyətlərini artırmağa çalışır, ixrac potensialını genişləndirir və yeni bazarlara çıxış imkanlarını dəyərləndirirlər. Dövlət tərəfindən göstərilən davamlı dəstək, xüsusilə sənayeləşmə, aqrar sektorun modernləşdirilməsi, "yaşıl iqtisadiyyat"a keçid, azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlar üçün yeni inkişaf platforması yaradır. Biz, sahibkarlar olaraq, bu imkanlardan səmərəli istifadə etməyi və iqtisadiyyatın şaxələndirilməsinə daha böyük töhfə verməyi hədəfləyirik. Azərbaycanda formalaşmış azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl sektorun inkişafı üçün geniş perspektivlər açmışdır. Bu mühitdə sahibkarlıq fəaliyyəti yalnız iqtisadi artımın deyil, həm də sosial rifahın, məşğulluğun və innovativ təşəbbüslərin əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Möhtərəm cənab Prezident! Biz ölkə sahibkarları olaraq Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi siyasəti qətiyyətlə dəstəkləyir, qlobal çağırışlara uyğun olaraq daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ iqtisadiyyatın qurulması naminə üzərimizə düşən vəzifələri yüksək məsuliyyət və əzmlə yerinə yetirəcəyimizi bildiririk. Müraciət 2026-cı il aprelin 29-da Bakıda keçirilmiş, 25 aprel – "Sahibkarlar Günü"nə həsr olunan "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda konfransda qəbul edilib". https://youtube.com/shorts/EcE9PGB0tbQ?si=niKD0KjwSvYTVmEC

9/30/2026
Detailed
393
9/23/2026
Detailed
518
9/9/2026
Detailed
740
8/22/2026
Detailed
757
8/3/2026
Detailed
722
7/24/2026
Detailed
728
7/15/2026
Detailed
726
7/2/2026
Detailed
724
6/30/2026
Detailed
713
6/25/2026
Detailed
684
6/25/2026
Detailed
676
6/24/2026
Detailed
685
6/22/2026
Detailed
670
6/13/2026
Detailed
697
6/3/2026
Detailed
679
5/29/2026
Detailed
678
5/29/2026
Detailed
676
5/25/2026
Detailed
681
5/22/2026
Detailed
678
5/8/2026
Detailed
KAVASAKİ xəstəliyindən əziyyət çəkən uşaq sağlamlığına qovuşdu
722
5/2/2026
Detailed
709
4/23/2026
Detailed
726
4/21/2026
Detailed
Bakıda neyroinkişafla bağlı elmi-praktik konfrans keçirilib
724
4/21/2026
Detailed
Məlhəm Beynəlxalq Hospitalda Bakı Neyrovaskulyar Simpoziumu 2026 keçirilib
704
4/18/2026
Detailed
Strategic Meeting at Malham International Hospital: Synergy Between Healthcare and Business
702
12/19/2025
Detailed
Sürətlə Yüksələn Markanın Lideri : Sevda Əlizadə Türkiyədə Tarixi Uğura İmza Atıb!
676
12/19/2025
Detailed
13 Noyabr – Beynəlxalq Diabet Günü: Məlhəm Beynəlxalq Hospitalda Maarifləndirici Tədbir Keçirildi
664
12/19/2025
Detailed
Diabeti vaxtında tanımaq, fəsadların qarşısını almağın ilk addımıdır.
666
12/19/2025
Detailed
8 Noyabr – Zəfər Günümüz mübarəkdir!
663
12/19/2025
Detailed
Amerikadan dəvət olunmuş mütəxəssis Məlhəm Hopitalda!
659
12/19/2025
Detailed
RƏSMİ AÇILIŞ: MƏLHƏM BEYNƏLXALQ HOSPİTALDA YUXU POZĞUNLUQLARINA SON QOYULUR!
668
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospital “Ailə və Toy Sərgisi”nin sonuncu günündə!
655
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospital “Ailə və Toy Sərgisi”ndə: Nikah Öncəsi Kardioloji Müayinənin Əhəmiyyəti
658
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospital “1-ci Ailə və Toy Sərgisi”ndə Baş Sponsor Kimi Təmsil Olunur!
659
12/19/2025
Detailed
İnnovasiya və Peşəkarlıq Zirvəsi
664
12/19/2025
Detailed
Qanvermə Aksiyası Keçirilib!
659
12/19/2025
Detailed
Xəstə qəfil ölüm riskindən xilas edildi
657
12/19/2025
Detailed
"Peyğəmbər Sünnəti" nədir?
659
12/19/2025
Detailed
Bağırsaq Xərçəngindən Qorunma Yolları
658
12/19/2025
Detailed
Əzələ Ağrılarının Gizli Səbəbi: Qulunc
661
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospitalının Həkimi Azərbaycan Kardiologiyasının Uğurunu Madriddə Nümayiş Etdirdi!
660
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospital xeyriyyə aksiyası keçirib.
661
12/19/2025
Detailed
Əkiz körpələrin möcüzəvi həyatı!
660
12/19/2025
Detailed
Ceyhun Bəxtiyarzadə Məlhəm Beynəlxalq Hospitalda!
662
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospitalda Dünyada Nadir Hallarda Aparılan Prosedur Uğurla İcra Olundu!
658
12/19/2025
Detailed
X
664
12/19/2025
Detailed
"6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi" — Sonuncu gün
660
12/19/2025
Detailed
"6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi" — İkinci gün
658
12/19/2025
Detailed
Ümumdünya Əhali Gününə özəl check-up
664
12/19/2025
Detailed
Sağ koronar arteriyaya uğurlu stentləşdirmə
667
12/19/2025
Detailed
Məlhəm Beynəlxalq Hospitalın stendi diqqət çəkir.
694
12/19/2025
Detailed
“Səhiyyəmizi cəmiyyətə tanıtmaq üçün buradayıq”
667
12/19/2025
Detailed
Məlhəm Hospital sərgidə baş sponsor kimi iştirak e
663
Analiz cavabları
051 201 71 01

Copyright © 2026 - Project Management Systems