Medical Departments
Məlhəm Beynəlxalq Hospitalın Uşaq Allergiyası və İmmunologiyası (Allerqologiya) şöbəsi, uşaqlarda rast gəlinən müxtəlif allergik reaksiyaların və immun sistemi pozğunluqlarının müasir tibbi protokollarla müalicəsi üzrə ixtisaslaşmışdır. Şöbənin fəaliyyəti tənəffüs yolları, dəri və qida allergiyaları ilə yanaşı, immun sisteminin gücləndirilməsini əhatə edir.
Şöbənin Əsas Fəaliyyət İstiqamətləri:
-
Allergik Xəstəliklərin Müalicəsi: Allergik astma, rinit, atopik dermatit (ekzema), qida və dərman allergiyalarının peşəkar idarə olunması.
-
İmmunologiya Xidmətləri: Tez-tez xəstələnən uşaqların immunoloji müayinəsi, birincili və ikincili immun çatışmazlıqların diaqnostikası.
-
Allergik İmmunoterapiya: Allergik astma, rinit və konyuktivit kimi xəstəliklərin tam sağalmasını hədəfləyən fərdi vaksinasiya proqramlarının tətbiqi.
-
Təcili Müdaxilə: Həyat üçün təhlükəli olan anaflaksiya və kəskin allergik halların idarə edilməsi.
Niyə Bu Şöbə?
-
Yüksək İxtisaslı Mütəxəssis: Şöbədə Türkiyənin Marmara Universiteti və İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində uzmanlıq keçmiş, həm pediatriya, həm də allerqologiya üzrə ixtisaslaşmış Uzman Dr. Röyalə Babayeva fəaliyyət göstərir.
-
Fərdi Yanaşma: Hər bir pasiyent üçün allergik fona və immun sisteminin vəziyyətinə uyğun xüsusi müalicə planı hazırlanır.
-
Beynəlxalq Standartlar: Diaqnostika və müalicə prosesləri ən müasir beynəlxalq metodologiyalara əsaslanır.
