2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda internatura keçib. 2008-2011-ci illərdə Rusiyada Bloxin adına Onkoloji Elmi Mərkəzdə radiologiya üzrə ixtisaslaşıb. ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu, süd vəzi xərçəngini araşdıran elmi işçisi, hal hazırda isə Məlhəm Beynəlxalq Hospitalda Radioloq-Mammoloq vəzifəsində calışır.