Uzm. Dr. Xuraman Namazova, 2008-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olmuşdur. 2009-cu ildə İnternaturani bitirmiş və 2010-2011-ci illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində həkim vəzifəsində çalışmışdır. 2016-2020-ci illərdə Türkiyə Cumuhuriyyəti Akdeniz Universiteti Tibb Fakultəsi Psixiatriya kafedrasında uzmanlıq təhsili almışdır. 2021-2023-cü ilin May ayına qədər Baku Medical Plaza Babək filialında həkim Psixiatr vəzifəsində çalışmışdır. 2023-cü ilin May ayından etibarən Məlhəm Beynəlxalq Hospitalda həkim Psixiatr vəzifəsində çalışır.