24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

T.Ü.F.D. Dr. Ruslan Pişanov
İnvaziv radioloq
T.Ü.F.D. Dr. Ruslan Pişanov

Həkim Haqqında

1998-2004-cü illər Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə işi fakültəsi 2004-2006-cı illər P.L.Şupik adina Ukrayna Milli Tibb Akademiyasının neyrocərrahiyyə kafedrası (Kiyev), İnternatura (Ukrayna,Kiyev) 2006-2008-ci illər P.L.Şupik adina Ukrayna Milli Tibb Akademiyasının neyrocərrahiyyə kafedrası, Klinik ordinatura (Ukrayna, Kiyev) 2008-2011-ci illər P.L.Şupik adina Ukrayna Milli Tibb Akademiyasının neyrocərrahiyyə kafedrası, Aspirantura (Ukrayna, Kiyev ) 2010-cu il dekabr ayının 21-də Kiyev şəhərində böyük Elmi şurada namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını qazanmışdır. Dr. Ruslan Pişanov 2011-ci ildən etibarən Azərbaycanda İnvaziv Neyroradiologiya üzrə fəaliyyətə başlayıb. Hal-hazırda ən yayqın patalogiyalar sayılan baş beyin və onurğa beyin damar problemlərinin (İşemik insult, kəllədaxili və ya kəlləxarici ( yuxu arteriyası ) beyin damarlarının daralması, beyindaxili arterio venoz malformasiyaları, baş beyin arteriya Anevrizmalarını və s.) invaziv müalicəsi üzrə ixtisaslaşıb. Həkimin bir sıra elmi məqalələri yerli və xarici jurnallarda dərc olunub. Ukrayna neyrocərrahiyyə assosasiyasının həqiqi üzvüdür. Ukrayna invaziv neyroradiologiya assosiasiyasnın həqiqi üzvüdür. 2013-cü ildən CİRSE ( Cardiovaskulyar and İnterventional Radiological Society of Europe ) tam üzvüdür.