24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Uzm. Dyt. Ləman Muradova
Dietoloq
Uzm. Dyt. Ləman Muradova

Həkim Haqqında

Dietoloq Ləman Muradova, 2015-2019-cu illər arasında İstanbul Medipol Universitetinin Sağlamlıq Elmləri fakultəsində, “Qidalanma və Pəhriz” üzrə bakalavr təhsili alıb. 2020-2022-ci illər ərzində İstanbul Medipol Universitetinin Sağlamlıq Elmləri fakultəsində, “Qidalanma və Pəhriz” üzrə magistr təhsilini tamamlayaraq “uzman” adını alıb. 2018-2019-cu illər ərzində “Acıbadem”, “Medipol”, “Medistate”, “Darüşşafaka” kimi xəstəxana,təhsil və dieta mərkəzlərinə praktikant dietoloq kimi fəaliyyət göstərib. 2019-2024-cü illər ərzində Liv Bona Dea xəstəxanasında klinik və poliklinik dietoloq kimi çalışıb. Bu illər ərzində bir çox seminarlara qatılaraq sertifikat və təlim diplomları əldə edib, təlimçi olaraq qatılım sertifikatlarına layiq görülüb. Hal-hazırda NUDİA (Nutrisiologiya və dietologiya assosiasiyası)`nın idarə heyətinin üzvlərindəndir. Əlavə olaraq Türkiyə Obezite Cərrahiyyəsi Cəmiyəti və ESPEN (Avropa kliniki qidalanma və metabolizma cəmiyyəti) üzvüdür. Hal-hazırda Məlhəm Beynəlxalq xəstəxanasında dietoloq olaraq fəaliyyətə başlayıb.