24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Hospitalın ümumi cərrahiyyə şöbəsində xaricdə təhsil almış və uzunmüddətli iş təcrübəsi toplamış yüksəkixtisaslı həkim kollektivi çalışır.
Şöbədə laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. Peşəkar həkimlərimiz tərəfindən qaraciyər, öd kisəsi və öd yollarının, mədəaltı vəzinin törəmələrinin, nazik və yoğun bağırsaqların patologiyaları, dalağın, qida borusu, mədədə, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatlar, yırtıqların laparoskopik təmiri, diaqnostik və terapevtik endoskopik müdaxilələr, mədəaltı vəzin tam və hissəvi çıxarılması, proktoloji əməliyyatlar, diafraqma yırtıqlarının laparoskopik təmiri və s. kimi əməliyyatları uğurla icra edilir.

Hospitalımızda unikal cərrahi əməliyyatlar sırasında olan öd yollarının laparoskopik eksplorasiyası müdaxiləsi uğurla tətbiq olunur.

Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər:

Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri

Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri

Yoğun və düz bağırsaq xəstəlikləri

Yogun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri

Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri

Peritonarxası sahə və çanaq törəmələri

Anal bölgənin xəstəlikləri

Yırtıqlar

Qalxanabənzər vəzin xəstəlikləri

Virus hepatitləri