7gün, 24 saat Məlhəm Hospitalın Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət Şöbəsi təcrübəli və dinamik tibbi heyət ilə birlikdə həm xəstəxana şəraitində, həm də hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Təcili Tibbi Yardım xidməti həm Məlhəm Hospital Xəstəxanasında, həm də Məlhəm Hospitalın Ambulatoriyada yaradılmışdır. Hər iki Mərkəzdə istifadəyə verilmiş təcili yardım otaqları ən müasir tibbi cihazlar və avadanlıqlar ilə təchiz olunmuşdur.