Pediatriya və Neonatologiya şöbəsində xarici ölkələrdə böyük nailiyyətlər əldə etmiş uzman pediatr-neanotoloq həkimlərimiz tərəfindən balaca pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilməkdədir.
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.
Hospitalımızda həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.
Uşaqlarınızı sağlam böyüməsi üçün vaxtaşırı pediatr müayinəsi vacibdir.
Sağlam uşaq, sağlam nəsil, sağlam gələcək!