Məlhəm Beynəlxalq Hospitalın Mama-ginekologiya şöbəsində peşəkar mütəxəssislərimiz tərəfindən ginekoloji xəstəliklərin müalicəsi ilə yanaşı, hamiləlik önü və hamiləlik vaxtı müayinə və müşahidələr, doğuşun həyata keçirilməsi və doğuş sonrası təqiblər həyata keçirilməkdədir. Xaricdə təhsil almış təcrübəli həkimlərimiz yüksək texnoloji tibbi avadanlıqlarla təchiz olunmuş şöbədə açıq və endoskopik cərrahiyyə, miomaların cərrahi və konservativ müalicə metodları, polikistoz yumurtalıq sindromlarında müalicə, yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi, uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi, sidik qaçırma problemlərinin konservativ və cərrahi müalicəsi, uşaqlıq boyunu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlər və peyvənd tətbiqi və s. kimi tibbi xidmətləri uğurla həyata keçirir.