Məlhəm Beynəlxalq Hospitalın Fizioterapiya və Reabilitasiya şöbəsinin uzman həkimləri hər bir xəstəyə individual yanaşır. Onların məqsədi xəstəlik növündən və dərəcəsindən aslı olaraq müalicə sonrası arzuolunan nəticə əldə etməkdir. Həkimlərimiz müalicə öncəsi kompleks müayinələr edərək xəstə və xəstəliyi haqqında dolğun informasiya toplayırlar. Sonrasında isə düzgün və əksiksiz müalicə sxemi tərtib edirlər. Bu üsulla xəstə təkcə ağrıdan azad olmur, həmçinin, ağrıya səbəb olan amillər aradan qaldırılır.