İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının 3 iyun tarixində, Bakı KOB evində “Tibb və Sağlamlıq sektorunun təqdimat tədbiri” baş tutub. Tədbir Marsol Group və Məlhəm Beynəlxalq Hospitalın tərəfdaşlığı ilə həyata keçirilib.
İlk olaraq İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təqdimat videosu izlənilib. Daha sonra çıxış üçün rəsmi qonaqlara söz verilib. Tədbirin rəsmi hissəsində öz nitqilə çıxış edən Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Milli Məclisin deputatları İlham Məmmədov və Jalə Əhmədova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədr müavini Araz Nəsirov, İCMA Tibb müəssisələri və həkimlərlə iş komissiyasının sədri Ravil Tağıyev və Məlhəm Beynəlxalq Hospitalın rəhbəri Sevda Əlizadə İCMA-nın səhiyyə sahəsində xidmət göstərən qurumlar və şəxslər üçün yaratdığı şəbəkələşmə fürsətlərini dilə gətirərək, fəaliyyəti dəstəklədiklərini vurğulayıblar.
Daha sonra bu tədbirin ərsəyə gəlməsində dəstək göstərən Məlhəm Beynəlxalq Hospitalın tanıtım videosu izlənilib və bununla da, rəsmi hissə yekunlaşıb.
Tədbirin sonunda təşkil olunan Coffee Break-də iştirakçılar arasında tanışlıqlar olub B2B görüşlər baş tutub, rəsmilər və digər qonaqlarla kollektiv foto çəkilib.