24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Pakisitanlı həkim heyəti Məlhəm Beynəlxalq Hospitalda

15 may  tarixində Məlhəm Beynəlxalq Hospitalda pakistanlı həkim heyətinin iştirakı ilə beynəlxalq tibbi konfrans həyata keçirilmişdir. Xəstəxanamızda təşkil olunmuş tibbi konfransda iştirak edən qonaqlar inaktiv vaksinlər, müasir biotexnologiyanın təbabətdə istifadəsi, neyro-mühəndislik və xərçəng araşdırmaları kimi bir çox müasir mövzulardan danışıblar. Daha sonra xəstəxananın tibbi bölmələri və maddi texniki bazası ilə yaxından tanış olan həkim heyəti öz xoş təəssüratlarını dilə gətirmiş və gələcəkdə birgə əməkdaşlıq və növbəti yeni layihələrin həyata keçirilməsindən məmnun qalacaqlarını bildirmişdirlər.