8 fevral 2024-cü il tarixində Məlhəm Beynəlxalq Hospitalda beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Məlhəm Beynəlxalq Hospitalın İcraçı Direktoru Sevda Əlizadə müəssisədə qurulan ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi) və ISO 10002:2018 Keyfiyyəti İdarəetmə - Müştəri Məmnuniyyəti - Təşkilatda Şikayətlərin İdarə Edilməsi standartları barədə məlumat vermiş, həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Daha sonra QSCert sertifikatlaşma qurumunun Azərbaycan Respublikasındakı rəsmi təmsilçisi olan Certifica MMC-nin rəhbəri Teymur Muradov Məlhəm Beynəlxalq Hospitalda Keyfiyyəti İdarəetmə Sisteminin sertifikatlaşdırılması ilə bağlı görülmüş işlər, o cümlədən birinci və ikinci mərhələ auditlərinin gedişi və nəticələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Məlhəm Beynəlxalq Hospitalın qonaqları və həkimlərinin iştirakı ilə baş tutan görüşün sonunda Məlhəm Beynəlxalq Hospitala beynəlxalq sertifikatlar təqdim edildi.