İyunun 7-si Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilib.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Mangal Steak House”da işgüzar axşam yeməyində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre 40-dan çox İCMA və Marsol Group üzvü olan sahibkarla görüşüb. Görüşdə “Məlhəm Beynəlxalq Hospital”ın icraçı direktoru Sevda Əlizadə iştirak edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev də görüşdə iştirak edib, Şimali Kipr Türk Respublikası ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması və inkişafına xüsusi diqqət çəkib.
Görüşdə məqsədəuyğun şəkildə ticarət, investisiya, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflər arasında qarşılıqlı anlaşma və potensial olduğu ön plana çəkilib.