Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə görə müayinə olunaq, sağlam olaq” adlı layihəyə start verib və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Assosiasiyasının təşkilatçılığı ilə "Məlhəm Beynəlxalq Hospital"da tədbir keçirib. Tədbirdə Özəl Tibb Müəssisələri Assosiasiyasının rəhbəri Günel Əliyeva və "Məlhəm Beynəlxalq Hospital"ın icraçı direktoru Sevda Əlizadə tədbirdə çıxış edərək öz dərin fikirlərini bölüşüb. Daha sonra RQMM-in direktoru Səbinə Babazadə Azərbaycanda QİÇS-lə (qazanılmış immun sindromu) bağlı epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) göstəriciləri, onun müalicəsi haqqında ətraflı məlumat verib.
Tədbir zamanı hospitalımızın əməkdaşları üçün metodiki tövsiyələr və təlimlər vasitəsilə maarifləndirmə keçirilib.
Sonda isə ünvanlanan fərdi suallar cavablandırılıb və sertifikatlar təqdim olunub.