Bu günlərdə "MARSOL Development Center " və “BİTCODE Academy” şirkətləri tərəfindən təşkil edilən və Məlhəm Beynəlxalq Hospitalının sponsoru olduğu süni intellekt və rəqəmsal marketinq seminarı keçirilib. Seminarda Süni intellekt Eksperti Ozan Sihay, Qrafik Dizayner Eksperti Tasarımcı Dayı, Video montaj Eksperti Onur Naci Öztürkler və Rəqəmsal Marketing Eksperti Gökhan Ulaş Gümüş çıxış edib. Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə bu seminar haqqında öz fikirlərini bölüşərək çıxış etmişdir. Keçirilən seminar ən son texnologiyalar və marketinq strategiyaları sahəsində bilik və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradıb.